Maqazin 17:32 08.06.2023

“Bizim Sufre” Aygün Kazımovanın iştirakı ilə möhtəşəm konsert təşkil edəcək

Yay mövsümündə insanlara xoş əhval-ruhiyyə bağışlamaq məqsədi ilə "Bizim Sufre” markası Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert təşkil edəcək.

Qaynarinfo xəbər verir ki, 10 iyun tarixində keçiriləcək konsert proqramı Dənizkənarı Milli Parkda, "Park Bulvar”ın yaxınlığında baş tutacaq.

Kazım Sübhanın aparıcılığı ilə keçiriləcək konsert proqramında "Dj Elax”və "Merry Band” saksafon qrupu da iştirak edəcək.

"Bizim Sufre” hər kəsi Xalq artisti Aygün Kazımovanın konsertinə dəvət edir!

Qeyd edək ki, "Bizim Sufre” markası 2009-cü ildə yaradılıb və illərdir ki, məhsullar əl dəymədən, tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilir. Fabrik məhsul istehsal edilməsi üçün lazımi beynəlxalq standartlara cavab verir.