Siyasət 20:10 16.11.2022

Blinken: Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

O, ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.