Siyasət 09:56 11.05.2023

Blinkenlə Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

ABŞ-nin dövlət katibi Entoni Blinken və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycanla Ermənistan arasında davamlı və möhkəm sülhü dəstəkləmə imkanlarını müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda görüşərək 1-4 may tarixləri ərzində sülh sazişi barədə müzakirələr aparıblar. Görüşlər ikitərəfli formatda və Blinkenin iştirakı ilə keçirilib.

Mayın 14-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş keçiriləcək. Bundan başqa, iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin qarşıdakı sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.