Siyasət 08:52 03.03.2023

BMT Baş Assambleyasının prezidenti Bakıdakı görüşləri ilə bağlı paylaşım etdi

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi tviterdəki hesabında Qoşulmama Hərəkatının Bakıda keçirilən COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə toplantısındakı görüşləri ilə bağlı paylaşım edib.

BMT rəsmisi Hərəkatın pandemiyadan sonra dünyaya baxışının vacib olduğunu qeyd edib:

"Qoşulmama Hərəkatının dünyaya pandemiyadan sonrakı baxışları olduqca vacibdir, çünki davamlı inkişaf və COVID-19-dan sonrakı bərpa eyni medalın iki üzüdür".