Dünya 14:41 23.09.2022

BMT komissiyası qərar verdi: Rusiya Ukraynada hərbi cinayətlər törədib

BMT-nin mandatı altında yaradılmış İstintaq Komissiyası Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini bəyan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" "Sky News"a istinadən məlumat yayıb.

"Komissiyanın topladığı sübutlar əsasında belə qənaətə gəldik ki, Ukraynada hərbi cinayətlər törədilib. Uşaqlar zorlanıb, onlara işgəncə verilib, qanunsuz həbs ediliblər. Baş çəkdiyimiz ərazilərdə çoxlu sayda edam hökmü bizi heyrətə gətirir. Hazırda komissiya 16 şəhər və qəsəbədə belə ölüm hallarını araşdırır”, - BMT Komissiyasının rəhbəri Erik Mose bildirib.

O bildirib ki, komandası bir çox digər edam halları ilə bağlı etibarlı məlumatlar alıb və onları sənədləşdirib.

Bundan sonra BMT komissiyası uşaqların məcburi köçürülməsi və övladlığa götürülməsi ilə bağlı iddialara baxacaq.

Komissiya Kiyev, Çerniqov, Xarkov və Sumıda araşdırmalar aparıb. BMT missiyası 27 yerə baş çəkib, 150-dən çox zərərçəkmiş və şahid dindirilib.

Nizami Bağırov