Xəbər lenti

BMT məcburi əməkdən əldə edilən qeyri-qanuni gəlirin məbləğini açıqladı
Dünya 18:18 19.03.2024

BMT məcburi əməkdən əldə edilən qeyri-qanuni gəlirin məbləğini açıqladı

Şəxsi iqtisadiyyatda məcburi əmək hər il təxminən 236 milyard dollar qeyri-qanuni gəlir gətirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) BMT-dəki hesabatında deyilir.

Son 10 ildə bu məbləğ 64 milyard dollar və ya 37% artıb. Hesabatda deyilir ki, bu, ilk növbədə işləməyə məcbur olan insanların sayının artması ilə bağlıdır. Beləliklə, 2016-2021-ci illər ərzində onların sayı 2,7 milyon nəfər artıb.

Qeyri-qanuni gəlirlərin artmasının digər səbəbi insanların istismarından əldə edilən gəlirlərin artmasıdır. Təşkilat hesab edir ki, insan alverçiləri və cinayətkarlar indi hər qurbana görə təxminən 10 000 dollar qazanırlar, 10 il əvvəl 8 260 dollar idi (inflyasiya nəzərə alınmaqla).

Məcburi əməkdən ən yüksək illik qeyri-qanuni gəlir Avropa və Mərkəzi Asiyada qeydə alınıb - 84 milyard dollar. Sonra 62 milyard dollarla Asiya-Sakit okean regionu və 52 milyard dollarla Amerika gəlir. Onlardan sonra 20 milyard dollarla Afrika yer alır. Ən aşağı göstərici ərəb ölkələrindədir - 18 milyard dollar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->