Dünya 10:59 11.02.2023

BMT zəlzələ qurbanları üçün 77 milyon dollar istədi

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) dünən Türkiyə və Suriyada baş verən güclü zəlzələdən zərər çəkmiş insanların ərzaqla təmin edilməsi üçün 77 milyon dollar istəyib. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, hazırda Suriyada 284 min nəfər, Türkiyədə isə 590 min nəfər yaşayış yerini tərk etməli olub.

Təşkilat son 4 gündə Türkiyə və Suriyada 115 min insana ərzaq çatdırıb.

Xatırladaq ki, bazar ertəsi gecə Türkiyə və Suriyada baş verən zəlzələ son illərin regionda ən böyük zəlzələsi olub və 22 mindən çox insanın həyatına son qoyub.

Alpər