"Böyük 7-lər”-in liderləri Ukraynaya təcavüzünü dayandırmaq və Cənubi Çin dənizində "geniş dəniz iddialarından" imtina etmək üçün Pekindən Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıblar.
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
"Böyük 7-lər” Pekinin siyasətini və insan haqları vəziyyətini sərt tənqid ediblər. Onlar Beynəlxalq Ədalət Məhkəməsinin Moskvanın hərbi əməliyyatlarını dayandırması ilə bağlı qərarını və BMT Baş Assambleyasının müvafiq qətnamələrini əsas gətirərək, qoşunlarını Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarması üçün Rusiyaya təzyiq göstərməyə çağırıblar.
Çin Rusiyaya qarşı sanksiyaların Ukrayna böhranını həll edə bilməyəcəyini deyir. Həmçinin ABŞ və müttəfiqlərini Ukraynaya silah tədarük etdiyinə görə tənqid edir.
"Böyük 7-lər” dünya əhalisinin yalnız 10%-ni təşkil edir. Onların dünyanı təmsil etmək və ya öz dəyər və standartlarının dünyaya şamil edilməli olduğunu düşünmək hüququ yoxdur", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zao Lician deyib.
Nurlan Hüseynov
Şərhlər