Xəbər lenti

Bolqarıstan prezidenti Ukraynaya zirehli texnikanın verilməsinə veto qoydu
Dünya 14:24 04.12.2023

Bolqarıstan prezidenti Ukraynaya zirehli texnikanın verilməsinə veto qoydu

Bolqarıstan prezidenti Rumen Radev Ukraynaya zirehli texnikanın pulsuz verilməsinə veto qoyub.

Qaynarinfo bu barədə nova.bg-yə istinadən xəbər verir.

Bildirilir ki, Radev Bolqarıstanın Ukraynaya zirehli texnikaları pulsuz təqdim etdiyi sazişin ratifikasiyası haqqında qanunu parlamentdə yeni müzakirəyə qaytarıb.

Veto qoyulmasının səbəblərində qeyd olunub ki, millət vəkilləri tədarükün spesifik parametrləri ilə kifayət qədər tanış deyillər və bu, verilən avadanlıqlara ehtiyacı obyektiv qiymətləndirməyi mümkünsüz edir.

Radev vurğulayıb ki, Ukraynaya verilən zirehli texnika xüsusi olaraq Bolqarıstan sərhədinin qorunması və fəlakətlər və qəzalar zamanı, o cümlədən əlçatmaz ərazilərdə əhaliyə kömək etmək üçün istifadə edilə bilər.

"Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı prioritet olmalıdır", deyə Bolqarıstan prezidenti bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->