İdman 10:00 12.02.2024

Braziliya son 20 ildə ilk dəfə Olimpiadada iştirak etməyəcək

Braziliyanın futbol üzrə olimpiya yığması 2024-cü il Yay Olimpiya Oyunlarına Cənubi Amerika seçmə turnirinin qrup mərhələsinin üçüncü turunun oyununda Argentina yığmasına uduzub.

Qaynarinfo xəbər verir ki, qarşılaşma argentinalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 78-ci dəqiqədə Lusiano Qundu vurub.

Beləliklə, Argentina millisi 5 oyunda 5 xal toplayaraq final qrup lideri olub və bununla da Olimpiya Oyunlarına vəsiqə qazanıb. Braziliya 3 oyundan sonra 3 xalı var, komanda 3-ü yerdə qərarlaşaraq Olimpiadaya vəsiqə şansını itirib. Beləliklə, Braziliya 2004-cü ildən bəri ilk dəfə Olimpiadada iştirak etməyəcək.

Braziliyalılar 2016 və 2020-ci illərdəki son iki Olimpiadanın qalibi olublar. Ümumilikdə, Braziliya öz tarixində Olimpiadada 7 medal qazanıblar - 2 qızıl, 3 gümüş və 2 bürünc.

Paraqvay və Venesuela milliləri Olimpiya Oyunlarına ikinci vəsiqə uğrunda mübarizə aparacaqlar.

Aydın