Braziliyalı bombardir: "DÇ-dən kənarlaşdırılmaq ailə üzvünü itirməkdən daha pisdir"
Braziliya millisinin və "Tottenhem"in ulduzu Riçarlison dünya çempionatındakı məğlubiyyətin şokundan çıxa bilmir.
Qaynarinfo xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzan və turnirdə mübarizəni dayandıran Braziliya millisi favoritlər arasında görülsə də finala qədər gedə bilmədi. DÇ-də mübarizəni dayandıran milli üzvləri hələ də bunun üzüntüsünü yaşayır.
Riçarlison ESPN-ə açıqlamasında "Bu, zərbə oldu. Dünya çempionatından kənarlaşdırılmaq ailə üzvünü itirməkdən daha pisdir. Mübarizədən kənarlaşmaq çətin idi. Bu günə qədər sosial media hesablarımda olan videolar belə, məni kədərləndirir. Ancaq biz irəliləməliyik. Hələ gəncəm, düşünürəm ki, qarşıda bir neçə dünya çempionatında iştirak edə bilərəm. Hər şeyi yoluna qoymaq və qol vurmaq üçün çox çalışacağam", deyib.
Riçarlison dünya çempionatında Braziliya millisinin ən çox qol vuran futbolçusu idi. O, meydana çıxdığı dörd oyunda üç qola imza atıb. 25 yaşlı futbolçu Serbiyaya vurduğu parlaq qola görə mükafat qazanıb.
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(5))
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər