Dünya 15:24 23.01.2024

Braziliyalı tələbə yaralandıqdan dörd gün sonra başında güllə olduğunu bilib

21 yaşlı tələbə Mateus Fasio Yeni il gecəsini Rio-de-Janeyroda keçirib. O, yalnız "ağır bir şeylə” vurulduğunu xatırlayır. Qanaxma tez dayandığından, tələbə kiminsə atdığı daşın başına dəydiyini güman edib və yaraya bundan sonra diqqət yetirməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır.

4 gün Yeni il şənliklərini Rio-de-Janeyroda keçirdikdən sonra tələbə Huis de Fora şəhərinə evə qayıtmaq qərarına gəlib. Bu səyahət həmişəkindən iki dəfə çox - təxminən 7 saat çəkib. Yol boyu Mateus qıcolmalardan əziyyət çəkib, sol qolu isə qurumağa başlayıb.

Tələbə doğma şəhərində özəl klinikaya müraciət edib: kompüter tomoqrafiyası onun başında yad cisim olduğunu göstərib.

"Güllə cəmi bir neçə millimetr dərinliyə nüfuz etsəydi, bədənin yarısı 20-30 gün ərzində iflic ola bilərdi", deyə gəncin başından güllə çıxaran neyrocərrah Flavio Falkometa bildirib. 

Mateusun anası jurnalistlərə bildirib ki, oğlu sözün əsl mənasında yenidən doğulub. Tələbə özü bildirib ki, indi həyatını dəyişib həkim olmaq istəyir.
9 mm-lik güllənin braziliyalının başına necə dəydiyi məlum deyil. Hazırda polis araşdırma aparır.

Nizami Bağırov