Sağlamlıq 23:25 22.03.2024

Britaniya alimləri ağciyər xərçənginə qarşı peyvənd hazırlayır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bir neçə xeyriyyə təşkilatının LungVax peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanın koronavirus peyvəndi ilə eyni şəkildə işləyəcəyi gözlənilir.

Dərman Oksford Universiteti və biofarmasevtik şirkəti AstraZeneca tərəfindən hazırlanır. Peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.

Alpər