Xəbər lenti

Britaniya hava hücumu zamanı özünü müdafiə edə bilməyəcək -
Dünya 23:55 02.05.2024

Britaniya hava hücumu zamanı özünü müdafiə edə bilməyəcək - "Sky News"

Britaniya hökumətin pula qənaət etmək üçün illər etdiyi ixtisarlardan və qlobal hava hücumundan müdafiə sistemini aşındırdıqdan sonra raket və dron hücumlarına qarşı daha həssas olub.

Qaynarinfo xəbər verir ki, "Sky News" bunu hərbçilər və Soyuq müharibə veteranlarına istinadən yazıb.

Nəşr qeyd edib ki, müdafiə idarələrinin rəhbərləri Rusiyanın Ukraynadakı mülki obyektləri məhv edən qanadlı və ballistik raket zərbələri zamanı Britaniyanın mühüm milli infrastrukturu, yəni elektrik stansiyalarını, hərbi bazalarını və hökumət binalarını qorumaq imkanlarının bərpasını nəzərdən keçirir.

Müdafiə mənbələri əlavə edib ki, inteqrasiya edilmiş hava və raketdən müdafiə üçün hər hansı etibarlı plan milyardlarla funt-sterlinqə başa gələcək və çox güman ölkənin baş nazirinin bu yaxınlarda elan etdiyi milli gəlirin 2,5%-dən çox müdafiə xərcləri tələb olunacaq.

"Əgər Böyük Britaniya öz şəhərlərinin üzərinə göydən raket zərbələri ensəydi, onları qoruya bilərdimi? Xeyr. Əhali hava hücumu zamanı nə edəcəyini biləcəkdimi? Xeyr. Sadə dillə desək, biz qorunuruqmu? Xeyr", deyə adının açıqlanmasını istəməyən Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbə bildirib.

Bundan əlavə, "Sky News" 1958-ci ildə qəbul edilmiş, lakin hazırda muzeylərdə olan "British Bloodhound" zenit sistemlərini nümayiş etdirib.



1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bütün "Bloodhound" zenit-raket arsenalı xidmətdən çıxarılıb. Ardıcıl baş nazirlər qondarma "sülh dividendləri" aldıqları və pula qənaət etmək üçün hava bazaları və sürətli reaktiv eskadrilyalar kəsilib

Nəşrin jurnalistləri Britaniyanın hava hücumundan müdafiə qüvvələrinin veteran texnikindən Böyük Britaniyanın hazırda yaxşı müdafiə olunduğuna inanırmı sualına belə cavab alıb:

"Mən qorunduğumuzu hiss etmirəm. Bu kədərlidir... 1970 və 1980-ci illərdə yaşadıqlarımızı nəzərə alaq".

Məlumdur ki, hazırda ölkənin Hərbi Hava Qüvvələrində sürətli reaksiya verən təyyarələr də daxil olmaqla, cəmi 9 ön cəbhədə yüksəksürətli reaktiv təyyarə eskadrilyaları var. Söhbət müasir F-35 və "Typhoon" qırıcılarından gedir. Halbuki, Soyuq müharibə dövründə İngiltərədə 30 belə eskadrilya var idi.

Bundan əlavə, ölkədə hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş altı "Tip 45" esminesi var, lakin onlardan yalnız üçü Yaxın Şərqdə əməliyyatlarda iştirak edən biri ilə birlikdə müdafiəyə hazırdır.

Nəşr vurğulayır ki, Rusiya Federasiyasından təhlükə yaranarsa, Britaniya əlverişli coğrafi mövqeyə malikdir, lakin Avropa ölkələrinin də hava hücumundan müdafiə xərclərini azaltdığını nəzərə almaq lazımdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->