Dünya 15:11 16.06.2022

Britaniya Patriarx Kirillə sanksiya tətbiq etdi: "Putinin müttəfiqi"

Böyük Britaniya Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı Rusiyanın Ukraynaya müharibəsini fəal dəstəklədiyinə görə sanksiyalar tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" xəbər yayıb.

Britaniyanın xarici işlər naziri Liz Trass açıqlamasında "Putinin müttəfiqləri hələ də iddia edilən hərbi cinayətlərə göz yummağı və onun qanlı hücumunu dəstəkləməyi seçirlər” deyib.

Ukraynalı uşaqların məcburi köçürülməsi və övladlığa götürülməsi ilə məşğul olanlar da sanksiyalara məruz qalıb.

Nizami Bağırov