Rusiya prezidentinin NATO-ya qarşı yeni ritorikasına məhəl qoyulmamalıdır.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Truss
deyib.
Xatırladaq ki, Putin bəyan edib ki, NATO-ya qoşulduqdan sonra Finlandiya və İsveçdə hərbi infrastruktur yerləşdirərsə, Moskva buna eynilə cavab verəcək.
"Biz Putindən keçmişdə hər cür planlar haqqında bu cür ritorika eşitmişik. Yəni o, Finlandiya və İsveçin NATO-ya qoşulmasının, sonra qərb dövlətlərinin Ukraynaya silah tədarük etməsinin onun üçün qırmızı xətt olduğunu deyib...”,- Madriddə keçirilən NATO sammitində danışan Truss deyib.
Liz Truss deyib ki, bu cür ritorika iqnor edilməlidir.
"Biz bu cür ritorikaya məhəl qoymamalı və əvəzində bu dəhşətli müharibədə qalib gəlməsi üçün Ukraynaya lazım olan silahlarla dəstək verməyə davam etməliyik”,- deyə o bildirib.
Nurlan Hüseynov
Şərhlər