Dünya 21:43 17.01.2023

Britaniyanın XİN şefi ABŞ və Kanadanı buna inandırmağa çalışacaq

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iki günlük işgüzar səfəri zamanı ABŞ və Kanadanı Ukraynaya tanklar göndərməyə çağıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.

ABŞ-a səfərindən əvvəl o, dövlət katibi Entoni Blinkenlə danışıqlar aparacağını bəyan edib.

Gündəliyin əsas məsələsi Ukrayna olacaq.

"Böyük Britaniya, ABŞ və Kanada 80 ilə yaxındır ki, qaydalara əsaslanan nizam-intizamı müdafiə edərək vacib olanda həmişə bir-birinin arxasında olublar. Bu gün biz Putinin qeyri-qanuni müharibəsinə qarşı həmrəyik və Ukrayna xalqının son nəticədə qalib gəlməsini təmin etmək üçün unikal güclü müdafiə və təhlükəsizlik əlaqələrimizdən istifadə etməyə davam edəcəyik”, - Kleverli bildirib.
KİV-in məlumatına görə, Kleverli amerikalıları və kanadalıları Britaniyadan nümunə götürməyə inandırmaq üçün Kiyevə tanklar və zirehli maşınlar verməklə bağlı Londonun vədindən istifadə edəcək. Onun ukraynalıların müharibədə qalib gələ bilmələri üçün lazımi döyüş vəsaitləri ilə tez bir zamanda təmin edilməsinin vacibliyini vurğulaması gözlənilir.

Nizami Bağırov