Dünya 16:20 20.12.2022

Bu, ABŞ-da iki əsas partiya arasında uzun qarşıdurmaya səbəb ola bilər – 858 milyard

2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə layihəsi Konqresə təqdim edilib. 

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, bu, Ukrayna və NATO müttəfiqlərinə 44,9 milyard dollar yardımın ayrılmasını nəzərdə tutur ki, bu da rekord məbləğ olacaq. Bu yardım rekord 858 milyard dollarlıq müdafiə büdcəsinə daxil edilməyib ki, bu da keçən ilki 740 milyard dollarlıq hərbi xərclərdən yüksəkdir və həm də Co Baydenin tələbini üstələyir.

Ukraynaya yardımın aşağıdakı istiqamətlərə bölünməsi nəzərdə tutulur:

hərbi texnika üçün 14,5 milyard dollara qədər,

Artıq göndərilmiş avadanlıqlara ehtiyatlarını artırmaq üçün 12 milyard dollar

Təlim, avadanlıq, silah, logistika və kəşfiyyat yardımı üçün 9 milyard dollar,

13 milyard dollar iqtisadi və büdcə dəstəyi,

Ukraynalı qaçqınlar üçün köçürülmə, dəstək və ingilis dili dərsləri üçün 2,4 milyard dollar,

Ukraynada mümkün nüvə və radiasiya insidentlərinə cavab tədbirlərinin hazırlanması üçün 126 milyon dollar.

Senatorlar "şatdaun”un qarşısını almaq üçün qanun layihəsini qəbul etməyə və həftənin sonuna qədər imza üçün prezident Co Baydenə göndərməyə tələsirlər. Partiyalar arasında layihəni razılaşdırmaq mükün olmayıb, belə ki, Demokratlar və Respublikaçılar hərbi və qeyri-hərbi proqramlara nə qədər pul xərclənməsi barədə mübahisə edirlər. 2022-ci maliyyə ilində ABŞ büdcə layihəsinə 1,5 trilyon dollar daxil edilib.

Səsvermə uzanarsa, uğursuzluq Respublikaçılar və Demokratlar arasında aylarla davam edən qarşıdurmaya səbəb ola bilər və Respublikaçılar yanvarın 3-də Nümayəndələr Palatasına nəzarəti ələ keçirə bilər.

Noyabr ayından ABŞ hakimiyyəti 2022-ci il oktyabrın 1-dən başlayan 2023-cü maliyyə ili üçün yekun büdcəni müzakirə edir. Ağ Ev əvvəlcə Kiyevə 38 milyard dollar yardım istəyib. Layihəyə həmçinin milli müdafiə haqqında qanun da daxildir, burada, xüsusən, Rusiyanın ələ keçirilən aktivləri hesabına Ukraynanın maliyyələşdirilməsinin mümkünlüyü barədə bəndin tətbiqi təklif edilib.

Nizami Bağırov