Dünya 12:47 14.01.2023

Bu gün Qazaxıstanda Senata seçki keçirilir

Bu şənbə Qazaxıstanda parlament Senatına deputatların seçkiləri keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

55 namizəddən seçicilər respublikanın hər bölgəsindən bir nəfər olmaqla 20 senator seçməli olacaqlar.

MSK xatırladıb ki, Senat deputatlarının seçkiləri seçicilərin birgə iclaslarında keçirilir və ölkənin bütün regionlarında Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. Respublika üzrə seçicilər siyahısına 3167 məclis (yerli nümayəndəlik) deputatı daxildir.

Senat 20 rayonun hər birindən iki nəfəri təmsil edən deputatlar tərəfindən formalaşdırılır: rayonlar, respublika əhəmiyyətli şəhərlər və paytaxt. Daha 15 senatoru prezident təyin edir. 2023-cü ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan VIII çağırış Milli Məclisə deputat seçkilərindən sonra prezident 10 senatoru təyin edəcək.

Senatın deputatları dolayı seçki hüququ əsasında seçicilər - məclislərin deputatları tərəfindən gizli səsvermə yolu ilə seçilirlər.

Senatın deputatlarının səlahiyyət müddəti altı ildir. Eyni zamanda, yarısı hər üç ildən bir yenidən seçilir.

Senatın deputatı 30 yaşına çatmış, ali təhsili və azı beş il iş stajı olan, ən azı müvafiq rayonun, respublika əhəmiyyətli şəhərin və ya paytaxtın ərazisində üç il daimi yaşayan şəxs ola bilər.

Alpər