Dünya 21:50 01.05.2022

Bu hərbi yardım Ukrayna ordusunu daha da gücləndirdi

Polşa Ukraynaya 232 ədəd T-72M1 tankı, portativ zenit-raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri və özüyeriyən haubitsalar verib.

Qaynarinfo bu haqda "Vişeqrad” qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) "visegrad24” informasiya resursuna istinadən xəbər verir

"Polşanın 232 ədəd T-72L1 tankını təhvil vermək qərarı o deməkdir ki, Polşa, ABŞ-dan sonra Ukraynaya ən çox hərbi yardım göstərən dövlət kimi ikinci yerdədir", - bu barədə "visegrad24” Twitter-də yazıb.

"Polşa yardımına həmçinin PZRK, reaktiv yaylım atəşi sistemləri, pilotsuz uçuş aparatları və özüyeriyən haubitsalar daxildir”, - informasiya resursu qeyd edir.
 
Nizami Bağırov