Dünya 11:45 12.05.2022

Bu ölkədə 16 yaşından kiçik şəxslərin canlı yayımı qadağan olundu

Çində 16 yaşından kiçik şəxslər canlı yayım edə bilməyəcəklər.

Qaynarinfo xəbər verir ki, "South China Morning Post" qəzetində yer alan xəbərə görə, Çinin Milli Radio, Televiziya və Kiber Məkan İdarəsi, kiberməkanda yetkinlik yaşına çatmayan istifadəçilərin qorunmasına yönəlmiş yeni qərarlar verib.

Belə ki, ölkədə 16 yaşdan kiçik internet istifadəçilərinin canlı yayımı qadağan edilsə də, 16-18 yaş arası olanlar üçün canlı yayımla bağlı valideynin razılığı tələb olunur.

Yeni qaydalarla onlayn məsləhətlər də düzəldilib.

İnternet platformalarında həqiqi adla qeydiyyat tələb olunsa da, yetkinlik yaşına çatmayanların hədiyyələr, nağd pul yükləmələri, onlayn ödənişlər kimi üsullarla məsləhətlər göndərməsi də qadağandır.

Qaydalara əməl edilmədiyi təqdirdə platformalara qarşı sanksiyaların tətbiq ediləcəyi vurğulanıb.

Bundan əlavə, ölkədə qüvvəyə minmiş "gənc modu” tətbiqini hazırlamaq üçün texnologiya şirkətlərinə təkliflər göndərilib.

Xəyal Abdullayev