Sağlamlıq 19:59 13.08.2023

Bu temperaturda 5-7 saat insan sağlamlığına zərər vermək üçün kifayət edəcək - Alimlər

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimləri müəyyən ediblər ki, insan orqanizminin dözə biləcəyi istilik həddinə yaxın olan temperatur 1979-cu ildəkindən iki dəfə çoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə məqalə "Science Advances” jurnalında dərc olunub.

Alimlər izah edib ki, sağlam bir gənc 35 dərəcə temperaturda və 100% rütubətdə, hətta suya qeyri-məhdud çıxışda və kölgədə olduqda belə 6 saatdan çox yaşaya bilməz. Bu onunla bağlıdır ki, belə şəraitdə tər - bədənin əsas temperaturu aşağı salmaq üçün əsas aləti - artıq dəridən buxarlana bilmir.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, belə kritik şərait əsasən Cənubi Asiya və Fars körfəzində təxminən 10 dəfə müşahidə olunub. Bu epizodların heç biri 2 saatdan çox çəkməyib.

Lakin bu cür hadisələrin tezliyi son 40 ildə ən azı iki dəfə artıb. Alimlər proqnozlaşdırırlar ki, əgər dünya sənayedən əvvəlki səviyyədən 2,5 dərəcə yuxarı istiləşərsə, yaxın onilliklərdə dünyanın bir çox yerlərində temperatur müntəzəm olaraq 35 dərəcədən çox olacaq. Bu temperaturda 5-7 saat insan sağlamlığına zərər vermək üçün kifayət edəcək.

Aydın