Ölkə 12:18 24.02.2024

Bu xəstəxananın direktoru işdən çıxarıldı (FOTO)

TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.

TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib. 
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.

Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.