Ölkə 16:56 19.04.2023

Buraxılış imtahanında 4 nəfər yüksək bal toplayıb

Martın 12-də keçirilmiş buraxılış imtahanı iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Qaynarinfo-ya DİM-dən bildirilib.

Qeyd edilib ki, yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.