Xəbər lenti

Buxarestdə imzalanan saziş nə vəd edir? - Ekspert
Siyasət 17:24 19.12.2022

Buxarestdə imzalanan saziş nə vəd edir? - Ekspert

"Yeni layihə Azərbaycanın elektrik enerjisi sahəsində artan potensialının göstəricisidir. Bu layihə xarici bazarlara çıxışa yeni imkanlar açır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”lə bağlı danışarkən deyib.
 
"Azərbaycan son illər tək neft və qaz deyil, həm də elektrik enerjisi ixracını da artırıb. Bu mənada 4 ölkə arasında imzalanan yeni layihə xarici bazarlara çıxış baxımından önəmlidir. Qara dənizin dibilə yüksək gərginlikli xəttin çəkilməsi və onun Rumıniyaya qədər uzadılması Azərbaycana əlavə valyuta gəlirləri gətirməklə yanaşı, ölkə iqtisadiyyatı və infrastrukturunun Avropa Birliyinə daha sıx bağlanmasına səbəb olacaq. 



Bu, həmçinin, həmin istiqamət üzrə Azərbaycana yeni yatırımların gəlməsinə də səbəb ola bilər. Çünki söhbət daha çox bərpa olunan enerjidən getsə də, ənənəvi qaydada əldə olunan elektrik enerjisinin də həmin xətlə Avropaya ötürülməsi mümkündür. Azərbaycanın potensialı buna imkan verir. Yeni modul tipli elektrik stansiyaları çoxdur, həm də işğaldan azad olunmuş ərazilərdə yeni su elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Nəticə etibarı ilə Azərbaycanın Gürcüstan üzərindən Avropaya yeni elektrik xəttinin çəkilməsi ölkəmizə əlavə divident və gəlirlər gətirəcək”. 

Qeyd edək ki, dekabrın 17-də Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan  Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->