Dünya 15:03 18.08.2023

CAR 60-dan çox ölkəni BRICS sammitində müzakirələrə dəvət etdi

Cənubi Afrika Respublikası (CAR) 60-dan çox ölkəni Yohannesburqda keçiriləcək BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) sammiti çərçivəsində müzakirələr üçün dəvət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a respublikadakı diplomatik mənbə bildirib

"Sammit çərçivəsində müzakirələr üçün 60-dan çox ölkə dəvət olunub, bunlar həm Afrika ölkələri, həm də BRİKS-ə müraciət etmiş ölkələrdir", - agentliyin həmsöhbəti deyib. Qlobal Cənub dövlətləri ilə dialoq üzrə əsaslı müzakirələrin aparılması planlaşdırılır".

BRİKS sammiti avqustun 22-24-də Yohannesburqda Cənubi Afrika Respublikası sədrliyi ilə keçiriləcək. Respublikanın xarici işlər və əməkdaşlıq naziri Naledi Pandorun sözlərinə görə, BRİKS ölkələrinin liderləri sammitdə təşkilatın genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

Nizami Bağırov