Dünya 17:55 13.06.2023

CAR Rusiyaya görə özünü oda atıb: ABŞ qanunvericiləri

ABŞ qanunvericilərindən ibarət iki partiyalı qrup Bayden administrasiyasına məktub yazaraq, Cənubi Afrikanın Ukrayna müharibəsində Rusiyaya dəstək verdiyinə görə cəzalandırılmasını tələb edib. Xüsusilə, onlar böyük  ticarət konfransının - Afrika inkişaf və imkanlar Aktı (AGOA) forumunun başqa ölkədə keçirilməsini istəyirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.

AGOA təxminən otuz Afrika ölkəsinə ABŞ ticarət bazarına rüsumsuz giriş təmin edir və ən böyük benefisiar olan Cənubi Afrika keçən il AGOA vasitəsilə təxminən 3 milyard dollar dəyərində mal ixrac edib. 

Qanunvericilər, kəşfiyyat məlumatlarına görə, Cənubi Afrikanın Rusiyaya müharibə üçün silah tədarük etməsinə kömək etdiyini iddia edir, Cənubi Afrika rəsmiləri bunu danır. Bayden administrasiyası gözləmə mövqeyi tutaraq, prezident Siril Ramafosanın bu iddiaları araşdırmasına imkan verib. Əgər ABŞ Cənubi Afrikanın AGOA-ya çıxışını ləğv edərsə, bu, ölkə iqtisadiyyatına ziyan vuracaq. Rusiya ətrafında yaranan düşmənçilik, qanunun 2025-ci ildə uzadılması planlaşdırıldığı zaman Cənubi Afrikanın AGOA-dan xaric edilə biləcəyi ilə bağlı fərziyyələri daha da gücləndirib. 

2020-ci ildə ABŞ Efiopiya, Qvineya və Malini insan hüquqlarının pozulması və proqram şərtlərinin digər pozuntularını əsas gətirərək AGOA-dan xaric edib.

Nizami Bağırov