Dünya 11:29 24.04.2023

Cənubi Koreya avtomobil hissələrinin Rusiyaya ixracını qadağan edir

Cənubi Koreyanın Ticarət Nazirliyi cümə günündən etibarən Rusiya və Belarusa ixracı üçün hökumətdən xüsusi icazə tələb olunan malların siyahısını genişləndirəcək. 

Qaynarinfo xəbər verir ki, nazirliyin bəyanatına görə, siyahı 57-dən 798-ə qədər genişlənəcək.

"Aprelin 28-dən Rusiya və Belarusa ixraca nəzarətin gücləndirilməsi tam şəkildə həyata keçiriləcək, buna əsasən ixrac məhdudiyyəti olan malların siyahısı 57 mövqedən 798 mövqeyə qədər genişlənir”, - nazirliyin bəyanatında deyilir.

Siyahıya əlavə edilən əşyalar arasında qiyməti 50 min dollardan çox olan avtomobil hissələri, sənaye və tikinti avadanlıqları, polad, kimya, avtomobil məhsulları, konduktorlar və kvant kompüterləri, onlar üçün hissələr, həmçinin sapfir və yaqutlar var.
 
Alpər