Dünya 15:36 02.01.2023

Cənubi Koreya MN: Şimali Koreya nüvə silahından istifadə edərsə...

Əgər Şimali Koreya hakimiyyəti nüvə silahından istifadə edərsə, o zaman lider Kim Çen Inın rejiminin "sonu” çatacaq. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Cənubi Koreya Silahlı Qüvvələrinin KXDR-in nüvə raket təhlükəsinin qarşısını alacağını və ona cavab verəcəyini vurğulayıb.

Bundan əvvəl Şimali Koreya lideri milli nüvə qüvvələrinin potensialını gücləndirmək niyyətində olduğunu bəyan edib. Kim Çenin bildirib ki, hücumların qarşısının alınması və "sülhün qorunması" uğursuz olarsa, onların əsas vəzifəsi "müdafiə deyil, əlbəttə başqa olacaq".

Cənubi Koreya Müdafiə Nazirliyinin belə bir bəyanatı "təxribat” kimi qiymətləndirilib və KXDR-i nüvəsizləşdirməyə qayıtmağa çağırıb, çünki "bu, Şimali koreyalıların həyatını yaxşılaşdırmağın yeganə yoludur”.

Şimali Koreya lideri həmçinin Vaşinqton, Seul və Tokio arasında əməkdaşlığın gücləndirilməsindən danışaraq, ABŞ-ı regionda "NATO-nun Asiya versiyası” yaratmağa çalışmaqda ittiham edib.

Alpər