Dünya 18:44 06.03.2023

Cənubi Koreyanın kompensasiya planı vətəndaşları Yaponiyaya qarşı qaldırdı

Cənubi Koreya hakimiyyəti 1910-cu ildən 1945-ci ilə qədər, yəni ölkənin Yaponiya hakimiyyəti altında olduğu dövrdə məcburi əməyin qurbanı olmuş koreyalılara kompensasiya verilməsi planını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Cənubi Koreya rəhbərliyinin gözlədiyi kimi, bu plan çox çətin dövr yaşayan Yaponiya ilə münasibətlərin yaxşılaşmasına kömək edəcək, həmçinin Şimali Koreyadan gələn təhlükə qarşısında Seul, Tokio və Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək. 

Cənubi Koreyanın hesablamalarına görə, Yaponiya hakimiyyəti altında 35 illik müddət ərzində 780 minə yaxın koreyalı məcburi əməyin qurbanı olub. Bu gün təklif olunan plan görə, qurbanlara vəsaitin ödənilməsi 1965-ci ildə Yaponiya və Koreya arasında imzalanmış əsas müqavilədən faydalanan Cənubi Koreya şirkətlərinin köçürmələri hesabına maliyyələşdiriləcək fonddan ödənilməsi nəzərdə tutur.

Yaponiyanın Baş naziri artıq təklif olunan planı dəstəkləyib və ABŞ prezidenti Co Bayden bunu Cənubi Koreya və Yaponiya arasında əməkdaşlıq və tərəfdaşlıq tarixində yeni səhifə adlandırıb. Bununla belə, plan məcburi əməyin qurbanı olan koreyalıların özlərinin, eləcə də onların tərəfdarlarının kəskin tənqidinə səbəb olub. Onlar israr edirlər ki, kompensasiya yapon şirkətləri tərəfindən ödənilməlidir. Onların fikrincə, bu plan "məcburi əmək məsələsində bir yen də ödəməyəcəyini bəyan edən Yaponiyanın tam qələbəsini” ifadə edir. Yaponiya həqiqətən də təzminat məsələsini 1965-ci ildə Yaponiya ilə Koreya Respublikası arasında "Əsas münasibətlər haqqında” Müqavilə ilə əsaslı şəkildə bağlanmış hesab edir.

Plan açıqlandıqdan sonra onlarla koreyalı etiraz etmək üçün Seul şəhərinin mərkəzində toplaşıb.

Nizami Bağırov