Siyasət 10:55 30.04.2023

Ceyhun Bayramov ABŞ-a getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında "sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.