Siyasət 15:06 16.10.2022

Ceyhun Bayramov sabah Türkiyəyə gedəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkyənin Xarici İşlər Nazirliyi tviter hesabında xəbər verib.

Məlumata görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısına qatılacaq.

Toplantıda həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan təmsilçiləri də iştirak edəcəklər.