Ekonomiks 09:57 04.07.2022

Çin bazarı uğrunda İran-Rusiya rəqabəti - "Bloomberg"

İran Çin bazarına çıxış əldə etmək və Rusiya ilə rəqabət aparmaq üçün öz neftini mümkün olan ən ucuz qiymətə bu ölkəyə satır. 

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə Qərb və digər demokratik ölkələr tərəfindən geniş sanksiyalar tətbiq olunub. İran nefti də uzun müddətdir sanksiyalar altındadır. İndi Çin Rusiya xam neftinin əsas alıcısına çevrilib. İndi İran əsas siyasi müttəfiqi olan Rusiya ilə sanksiyaya məruz qalmamış azsaylı bazarlardan birinə çıxış üçün rəqabət aparır.
 
2020-ci ilin sonundan sonra Çin hökumətinin rəsmi məlumatlarında bu ilin yanvar və may ayları da daxil olmaqla İrandan cəmi üç aylıq xam neft idxalı qeydə alınsa da, qeyri-hökumət məlumatları İrandan ölkəyə "sabit neft axını” olduğunu göstərir.
 
Apreldə cüzi azalmadan sonra Çinin İrandan neft idxalı may və iyun aylarında gündəlik 700 min bareldən çox olub. Mütəxəssislər bildirirlər ki, Rusiyanın "Ural” nefti Çin bazarında bəzi İran neft markalarını əvəz edə bilib.

Bu səbəbdən İran Rusiya ilə rəqabəti davam etdirmək üçün öz neftini avqustda Çinə çatacaq. "Ural" nefti ilə rəqabət aparmaq üçün "Brent” markalı neftin qiymətində təxminən 10 dollar güzəşt nəzərdə tutulub.

"Bloomberg"in məlumatına görə, Çinin "Xori” kimi tanınan yarı özəl neftayırma zavodları İran və Rusiya xam neftinin əsas alıcılarıdır. Bu neft emalı zavodlarına məhsullarını xaricə ixrac etməyə icazə verilmir və onların əsas vəzifəsi Çinin daxili ehtiyaclarını ödəməkdir.

Zavodların Çinin yanacaq təchizatında rolu çox böyükdür. Çünki dövlət şirkətlərindən fərqli olaraq, onlar yanacaq idxalı və ixracı ilə bağlı ciddi beynəlxalq qanunlara tabe deyillər.

M.Arif