Dünya 18:09 17.05.2022

Çin iqtisadiyyatına ağır zərbə: Geriləmə sürətlənir, işsizlik rekord həddə çatır

Çinin aprel ayı üçün məyusedici iqtisadi göstəriciləri COVID-19-un ölkəyə vurduğu zərəri göstərir.

Qaynarinfo bu barədəı CNN-ə istinadən xəbər verir.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı pərakəndə satışlarda və fabrik istehsalında şok edici azalmalar olub. Çinin Milli Statistika İdarəsinin məlumatına görə, aprel ayında pərakəndə satış ötən illə müqayisədə 11.1% azalıb. Mart ayında bu göstərici 3.5% olmuşdu.

Ölkənin sənaye istehsalı isə ötən illə müqayisədə 2.9% azalıb. Bu, 2020-ci ilin fevralından sonrakı ən ciddi geriləmədir. 

Çində hazırda işsizlik də ikinci dəfə rekord həddə çatıb. Mart ayında şəhərdəki işsizlik səviyyəsi 5.8%, aprel ayında isə 6.1% olub. Bu, son 21 aydakı ən böyük işsizlik rəqəmidir. 

Xüsusilə 16-24 yaş arası gənclər arasında işsizlik tarixi rekorda - 18.2%-ə qalxıb.

Mart ayından başlayaraq Çində qeydə alınan korovirus ocaqları hökuməti sərt karantin tədbirləri görməyə vadar edib. Nəticədə ölkənin iqtisadi fəaliyyətinə böyük zərər dəyib. 

Hazırda ölkədə 31 şəhərdə tam və ya qismən karantin qaydaları hökm sürür. Çinin maliyyə və istehsal mərkəzi Şanxayda karantin qaydaları artıq 6 həftədir davam edir. Bu müddət ərzində şəhərdə "Tesla” və "Volkswagen” başda olmaqla, bir çox şirkətlərin işi dayandırılıb.

25 milyon əhalisi olan şəhərdə 1-ci gündən mağazalar, restoranlar və salonlar fəaliyyətini bərpa edəcək. 

Nurlan