Dünya 22:03 20.07.2022

Çin uyğurların vəziyyəti ilə bağlı BMT hesabatının dərcinə mane olur

"Reuters" xəbər agentliyi Çin hökumətinin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Çinin Uyğur-Sincan əyalətindəki vəziyyətlə bağlı hesabatının dərcinə mane olmağa çalışdığını göstərən məktub əldə edib.

Qaynarinfo xəbər verir ki, Çin hökuməti uyğurların zülmü ilə bağlı ittihamları rədd edir və beynəlxalq forumlarda düşərgələri "terrorizm və dini ekstremizmlə mübarizə” üçün "peşə təhsili mərkəzləri” kimi xarakterizə edir.

Bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bu vəzifədə yüksək çinli rəsmilərlə ilk görüşündə Pekini uyğurlara, tibetlilərə və honkonqlulara münasibətdə təzyiq göstərməkdə ittiham edib.

Həmçinin ABŞ və Avropa Birliyi bir neçə Çin hökumət rəsmisinə insan haqlarını pozduğuna görə sanksiya tətbiq edib.

Çin kommunist hökuməti bu ölkədə uzun illərdir milyonlarla uyğur türk müsəlmanın əsas insan haqlarını kobudcasına pozur, öldürmə, cinci zorlma, işgəncələrə məruz qalma, qadınların zorla sterilizasiyası və məcburi əmək düşərgələrinin yaradılması buna misaldır. 

M.Arif