Dünya 10:30 14.05.2023

Çin və Rusiya Yaponiya ətrafında hava kəşfiyyatını gücləndirir - XİN başçısı

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Moskva ilə Pekin arasında hərbi əməkdaşlığın intensivləşməsindən narahatlığını ifadə edib və tərəflərin onun dövləti ətrafında mütəmadi olaraq həyata keçirdiyi hava kəşfiyyatı və dəniz təlimlərinə işarə edib.

Qaynarinfo "Japan Today"a istinadən xəbər verir ki, XİN başçısı bunu Avropa xarici işlər nazirinin Hind-Sakit okean regionu ölkələri ilə görüşü çərçivəsində İsveçdə çıxışı zamanı qeyd edib.

"Çin və Rusiya öz bombardmançı təyyarələrinin birgə uçuşları və Yaponiya yaxınlığında birgə hərbi dəniz təlimləri də daxil olmaqla, hərbi əməkdaşlığı gücləndirirlər", deyə nazir bildirib.

Hayaşi hesab edir ki, Çin Şərqi və Cənubi Çin sularında istənilən status-kvonu əldə etmək üçün müvafiq manevrlər həyata keçirib. O, Pekinin geosiyasi ambisiyalarını sınaqdan keçirdiyi Tayvan ətrafında hərbi əməliyyatların artmasına da diqqət çəkib.

Nazir çıxışı zamanı Ukraynadakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Rusiyanın başlatdığı müharibə dünyada beynəlxalq nizamın təməlinə zərbə olub. Buna görə də Çin və Rusiya arasında hərbi əməkdaşlığın güclənməsini nəzərə alsaq, Sakit okeanda təhlükəsizlik vəziyyəti daha da gözlənilməz hala gəlib.

Xatırladaq ki, Çin və ABŞ arasında münasibətlər 2022-ci ilin avqustunda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin yarımadaya səfərindən sonra xeyli pisləşib. Sonra Pekin onun hərəkətini hörmətsizlik və öz suverenliyinin pozulması kimi qiymətləndirib. Bundan sonra Tayvanı ələ keçirmək məsələsi daha "kəskinləşib”.

Xüsusilə Tayvanın xarici işlər naziri Cozef Vu narahatedici tendensiyalardan danışıb. O, əmindir ki, Pekin onun ölkəsinə hücum etməyi planlaşdırır və fəal şəkildə hərbi əməliyyatlara hazırlaşır.

Bu, Aİ və Qərbi də narahat edir. Xüsusilə, Bayden administrasiyası ölkəyə 500 milyon dollar məbləğində irimiqyaslı hərbi yardım paketi hazırlayır və Aİ diplomatiyasının rəhbəri Cosep Borrell Avropa donanmalarını Sakit Okeanda daha diqqətli patrul etməyə çağırıb.

Aydın