Dünya 18:59 11.07.2022

Çin xəbərdarlıq edir: Böyük dövlətlər işimizə qarışmasınlar, yoxsa…

Region ölkələri böyük güclər tərəfindən "şahmat fiqurları” kimi istifadə edilməməlidir. 
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Vanq Yi İndoneziyadakı çıxışında deyib.
 
Cakartadakı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) görüşündə danışan Vanq, bölgədəki bir çox ölkələrin tərəf seçmək üçün təzyiq altında olduğunu bildirib. "Biz bu regionu geosiyasi hesablamalardan, böyük güclərin rəqabətindən və məcburiyyətdən şahmat parçaları kimi istifadə edilməkdən təcrid etməliyik. Regionumuzun gələcəyi öz əlimizdə olmalıdır”, - o deyib.

Tayvanla bağlı sualı cavablandıran Vanq deyib ki, Vaşinqton tək Çin siyasətini təhrif edərək, onu məhv etməklə, Çinin inkişafını sarsıtmaq üçün Tayvan kartını oynamağa çalışır:"Tayvan boğazının hər iki tərəfi dinc inkişaf yaşayır. Amma Vahid Çin prinsipinə etiraz edildikdə və ya hətta sabotaj edildikdə, boğazda qara buludlar və ya hətta şiddətli fırtınalar baş verəcək", - Vanq deyib.

Nurlan Hüseynov