Xəbər lenti

Cinayət Məcəlləsini dəyişməyə çalışan baş nazirə qarşı 20 min insan küçələrə çıxdı
Dünya 12:19 12.01.2024

Cinayət Məcəlləsini dəyişməyə çalışan baş nazirə qarşı 20 min insan küçələrə çıxdı

Baş nazir Robert Fikonun yeni hökumətinin ölkənin Cinayət Məcəlləsinə dəyişiklik etmək planlarına etiraz etmək üçün cümə axşamı minlərlə insan Slovakiyanın böyük şəhərlərində küçələrə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Nümayişçi kütləsi dəfələrlə "Mafiya, mafiya" və "Yetər Fiko" şüarları səsləndirib. 20 minə yaxın etirazçı Bratislavanın mərkəzi meydanına toplaşıb. Qeyd olunur ki, dekabrın 7-də Bratislavada keçirilən ilk hökumət əleyhinə etirazdan sonra nümayişlər Slovakiyanın 19 şəhərinə yayılıb.

Üç partiyalı koalisiya hökumətinin təklif etdiyi dəyişikliklərə rüşvətxorluq, mütəşəkkil cinayətkarlıq və ekstremizm də daxil olmaqla ağır cinayətlərlə məşğul olan Xüsusi Prokurorluğun ləğvi daxildir. Əvəzində belə işlərin araşdırılmasını 20 ildir belə cinayətlərlə məşğul olmayan rayon idarələrinin prokurorları aparacaq.

Fiko hökuməti tərəfindən qəbul edilən qanunvericilik aktı parlament və prezident tərəfindən təsdiqlənməlidir, lakin üç partiyalı koalisiya prezident Zuzana Çaputovanın gözlənilən vetosunu aradan qaldırmaq üçün çoxluğa malikdir.

Çaputova deyib ki, o, qanunvericiliyə konstitusiya etirazından da istifadə etməyə hazırdır. Bununla belə, Konstitusiya Məhkəməsinin necə qərar çıxara biləcəyi bəlli deyil.

Qeyd edək ki, dekabrın 20-də Slovakiyanın iri şəhərlərində Fiko hökumətinin ölkənin Cinayət Məcəlləsini dəyişdirmək planlarına qarşı mitinq keçirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->