Dünya 08:21 19.12.2023

Çində dəhşətli zəlzələ: 116 nəfər ölüb

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində 6,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edək ki, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib.
 
Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib.