Dünya 11:07 28.10.2022

Çində yoluxma artdı, nəzarət gücləndirildi

Çinin bir çox şəhərlərində COVID-19 nəzarəti son iki həftə ərzində daha da gücləndirilib.

Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, nəzarətin gücləndirilməsinə səbəb şəhərdə virusun yayılması barədə yayılan xəbərlər olub.

Bildirilir ki, cümə axşamı 1123 nədər koronavirusa yoluxub. 31 əyalət səviyyəli bölgənin 20-dən çoxunda infeksiyalar qeydə alınıb.

Yoluxmanın miqyasının artmasına görə, "Universal Pekin Resort" oteli müvəqqəti olaraq bağlanıb. Kurortun Halloween həftəsonu üçün yenidən açılıb-açılmayacağı bəlli deyil.

Xəyal Abdullayev