Dünya 11:16 22.11.2022

Çində zavodda baş verən yanğında 40-a yaxın adam öldü

Çinin Henan əyalətinin Anyang şəhərində fabrikdə baş verən yanğın nəticəsində azı 38 nəfər ölüb. 

Qaynarinfo bu barədə "İnterfaks”a istinadən xəbər verir.

Yanğının ötən bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 12:00) başladığı bildirilir. Zavod Kaixinda Trading Co., Ltd-ə məxsusdur.

KİV-in məlumatına görə, yanğının söndürülməsinə 63 texnika və 240-dan çox yanğınsöndürən cəlb olunub. Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, yanğın nəzarət altına alınıb, xilasedicilər insanların axtarışlarını davam etdirirlər.

Yanğının səbəbi barədə hələlik məlumat verilmir.
 
Alpər