Dünya 20:54 20.06.2022

Çinin Rusiyadan neft idxalı rekord həddə çatıb

Çinin may ayında Rusiyadan neft idxalı rekord həddə çataraq, Səudiyyə Ərəbistanını ötüb.
 
Qaynainfo "Reters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin məlumatında deyilir.
 
Rusiyadan xam neft idxalı əvvəlki illə müqayisədə 55% artıb və  Səudiyyə Ərəbistanını əsas təchizatçı kimi sıradan çıxarıb.

Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, Rusiya neftinin idxalı, o cümlədən Şərqi Sibir Sakit Okean boru kəməri ilə nəql edilən tədarüklər və Rusiyanın Avropa, Uzaq Şərq limanlarından dəniz yolu ilə daşınmalar, təxminən 8,42 milyon ton təşkil edib. Bu, bir sutkada 1,98 milyon barelə bərabərdi və apreldəki 1,59 milyon bareldən dörddə bir dəfə çoxdur.

Rusiyanın yenidən Çin üçün əsas neft idxalçısı olması göstərir ki, Moskva Qərbin sanksiyalarına baxmayaraq, qiymətləri aşağı salmalı olsa da, "qara qızıl” üçün alıcı tapa bilir. Məlumatlar həmçinin Çinin Rusiyadan aldığı mayeləşdirilmiş təbii qazın (LNG) keçən ay təxminən 400.000 ton təşkil etdiyini, bunun da 2021-ci ilin may ayı ilə müqayisədə 56% çox olduğunu göstərib.

Nurlan Hüseynov