Dünya 15:46 10.03.2024

Co Bayden: "Trampın diktator olmaq istəyir"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə diktator olmaq istəyir. 

Qaynarinfo xəbər verir ki, bu iddia ilə Amerikanın hazırkı lideri Co Bayden Atlantada keçirilən seçkiqabağı tədbirdə deyib.

"Tramp diktator olmaq istədiyini deyəndə mən ona inanıram", deyə Bayden bildirib.

Prezidentin sözlərinə görə, Tramp dünyada diktatorları və avtoritar quldurları təbliğ edir. Bayden xatırladıb ki, ABŞ-ın keçmiş rəhbəri bu yaxınlarda öz klubunda "demokratiyanın işləmədiyini söyləyən" Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib. Prezident Trampın Respublikaçının Şimali Koreya lideri Kim Çen Inın "gözəl məktubu" haqqında danışdığı çıxışını da xatırladıb.

"Tramp Çin lideri Si Szinpinə yenidən zəng etməklə öyünür. O, Rusiya Prezidenti Vladimir Putinə NATO müttəfiqlərimizə istədiyini etməyi təklif edir. Mən bu sitatları uydurmuram, özü bunu deyir", deyə Bayden əlavə edib.

Aydın