Dünya 19:02 25.05.2023

Conson: "Əvvəlcə Ukraynanın qələbəsi və yalnız bundan sonra danışıqlar..."

Müharibə Ukrayna xalqının qələbəsi və bütün rus qoşunlarının çıxarılması ilə başa çatmalıdır. 

Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniyanın 2019-2022-ci illərdə baş naziri olmuş Boris Conson 15-ci Kiyev təhlükəsizlik forumunun iştirakçılarına videomüraciətində deyib.

Conson qeyd edib ki, indi bir çox insanlar Vladimir Putinin başladığı müharibənin yalnız danışıqlarla bitə biləcəyini iddia edirlər.

"Mən cavab verirəm: belə ola bilər, amma istənilən danışıqlardan əvvəl bu müharibə bitməlidir və o, Ukrayna xalqının qələbəsi, Putin ordusunun qovulması və onun Ukrayna ərazisini ələ keçirmək üçün barbar cəhdlərinə son qoyulması və qoşunlarının geri çəkilməsi ilə yekunlaşacaq”, - o vurğulayıb.

Boris Conson qeyd edib ki, Qərb mümkün qədər tez bu məqsədə çatması üçün Ukraynaya əlindən gələni etməlidir.

"Və gecikmələr üçün heç bir ağlabatan səbəb yoxdur", - eks-baş nazir yekunlaşdırıb.

Nizami Bağırov