İdman 11:22 21.03.2024

Daha bir məşhur braziliyalı zorlamada ittiham olundu - 9 il həbs cəzası

"Real Madrid"in keçmiş futbolçusu Robinyo zorlamaya görə həbs cəzasını Braziliyada çəkəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

"Real Madrid"in sabiq hücumçusu, 40 yaşlı Robinyo İtaliya məhkəməsi tərəfindən qrup şəklində zorlamada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2013-cü ildə forvardın "Milan"da çıxış etdiyi vaxt baş verib. Robinyo və onun 4 dostu həmin gün doğum gününü qeyd edən Albaniya vətəndaşına cinsi təcavüz edib.

Robinyonun müdafiəsi qərardan apellyasiya şikayəti verəcək və apellyasiya şikayətinə azadlıqda baxılmasını gözləməsini istəyəcək ki, bu da həbsini gecikdirə bilər. İşdən İtaliya Ali Federal Məhkəməsinə də şikayət veriləcək.

Robinyo 2005-2008-ci illərdə "Real Madrid"də çıxış edib. O, Madrid klubunun forması ilə 101 oyuna çıxıb, iki dəfə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Braziliyalı həm də "Mançester Siti" və "Milan"dakı çıxışları ilə tanınır. Hücumçu karyerasının son illərində Çin və Braziliyada çıxış edib.

Aydın