Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.
4 xalı olan "qırmızı şeytanlar" isə mundialla vidalaşıb.
Qrupun digər oyununda isə Mərakeş milli komandası Kanadaya 2: hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.
Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.
Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər.
Şərhlər