İdman 15:55 23.11.2022

DÇ-2022: Vitse-çempion qolsuz "sülh"lə başladı

Qətərdə keçirilən DÇ-2022 davam edir.

Qaynarinfo xəbər verir ki, mundialın dördüncü gününə start verilib.

Günün ilk matçı F qrupunda baş tutub. Son dünya çempionatının finalçısı Xorvatiya Mərakeşlə qarşılaşıb.

Zlatko Daliçin yetirmələri görüşün favoriti sayılsa da, afrikalıların müqavimətini qıra bilməyib. Beləliklə, vitse-çempion mundiala xal itkisi ilə start verib. Bununla da Qətər-2022-də üçüncü qolsuz heç-heçə qeydə alınıb.

Qeyd edək ki, F qrupunda turun digər görüşündə Belçika və Kanada qarşılaşacaq. Rusiya-2018-in bürünc mükafatçısının şimali amerikalılarla dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
Qrup mərhələsi
I tur, 23 noyabr

F qrupu
Mərakeş - Xorvatiya 0:0
Xorvatiya: 1. Dominik Livakoviç (q), 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss, 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri