Xəbər lenti

Ölkə 12:16 13.12.2025

"Devalvasiyanın səbəbkarlarından biri də o idi" - Eks-nazir

"Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - red.) olub". 

Qaynarinfo xəbər verir ki, bunu modern.az-a müsahibəsində sabiq maliyyə naziri Əvəz Ələkbərov deyib.

"Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi", deyə sabiq nazir qeyd edib.

Əvəz Ələkbərov bildirib ki, vəzifədən getməsi məmurlarla münasibətlərinə təsir edib:

"95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->