Ölkə 09:41 06.05.2023

DİM imtahandan çıxarılan Nurla bağlı qərar verdi

Bir müddət əvvəl imtahan günü xoşagəlməz hadisə yaşayan və imtahan zalından çıxarılan şagirdlə bağlı qərar verilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı imtahandan əvvəl üzərində telefon olduğunu öyrənən və onu təcili formada nəzarətçiyə təhvil verən Nurun anası aktrisa Ellada Sarvan məlumat yayıb.

O qeyd edib ki, Nur imtahana buraxılacaq: "Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi".

Qeyd edək ki, aktrisanın qızı imtahana girməmişdən öncə gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahan zalından çıxarılmışdı. Ellada Sarvan şikayətində bunu övladına qarşı haqsızlıq kimi qiymətləndirmişdi. Amma DİM-dən həmin zaman verilən açıqlamada şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu bildirilmişdi.