Xəbər lenti

DİN çağırış edib: Təcili Yardıma yol ver! (VİDEO)
Ölkə21:29 18.04.2025

DİN çağırış edib: Təcili Yardıma yol ver! (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.
DİN "Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.